Azərbaycanlılar BMT-nin qarşısında aksiya keçiriblər

ABŞ-da yaşayan bir qrup azərbaycanlı siyasi mühacir BMT-nin binası qarşısında etiraz aksiyası keçirib.


APA-nın məlumatına görə, piket İran prezidenti Həsən Ruhaninin BMT Baş Assambleyasının 68-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfərinə etiraz məqsədi daşıyıb. Aksiyada İran müxalifətinin tərəfdarları da iştirak edib.

Piket iştirakçıları əllərində hazırda İran həbsxanalarında cəza çəkən azərbaycanlı fəalların plakatlarını tutublar və müxtəlif şüarlar səsləndiriblər. Aksiyada Urmiya gölündəki ekoloji fəlakətin aradan qaldırılması üçün tədbirlər görülməsi, ana dilində təhsilə qoyulmuş qadağanın aradan qaldırılması və azərbaycanlı siyasi məhbusların qeyd-şərtsiz azadlığa buraxılması tələb edilib.

AzNews.az