Dərbənddə sələfi məscidi mühasirəyə alındı- Yenilənib

Bu dəqiqələrdə Dərbənddə sələfi təriqətinə məxsus məscidin ətrafı da OMON tərəfindən mühasirəyə alınıb.

Dərbənddəki mənbənin Lent.az-a verdiyi xəbərə görə, hazırda şəhərdə iki yerdə döyüş gedir. "Həm yaraqlıların mühasirəyə alındığı Maskina küçəsində, həm də sələfi məscidinin ətrafında, Dərbəndin "Aeroport" adlanın hissəsində atışmadır. Şəhər demək olar ki, iflic olub. Nəqliyyat işləmir. Məktəblər və dövlət idarələri tam nəzarətə götürülüb" deyə mənbə bildirib.

***
11:28
Lent.az-ın Dağıstandakı mənbəyə istinadən verdiyi məlumata görə, döyüş Dərbəndin Maskina küçəsində, "Oazis" restoranın yaxınlığında gedir. Yaraqlılar gizləndikləri evi bu yaxınlarda alıblarmış. Hazırda həmin ev intensiv atəş altındadır. Bir qədər əvvəl qonşu mənzildə yaşayan yaşlı bir qadının həlak olması xəbəri gəldi.
Döyüş gedir.


***
11:01
Bu dəqiqələrdə Rusiyanın güc strukturları ilə Dağıstanın Dərbənd şəhərindəki evlərdən birində gizlənən yaraqlılar arasında döyüş başlayıb.

Yaraqlıların Dərbənddəki evlərdən birində gizləndiyini polisə qonşular xəbər verib. "hazırda ev mühasirədədir. Yaraqlılar danışıqlardan və təslim olmaqdan imtina ediblər. Atışma başlayıb".

Hadisələrin gedişi ilə bağlı məlumat verəcəyik.(lent.az)

AzNews.az