Havanın temperaturu yenidən yüksələcək

Yaxın iki gün ərzində Azərbaycanda havanın temperaturu ötən günlərlə müqayisədə nisbətən artacaq, havanın temperaturu bəzi yerlərdə 30 dərəcəyədək yüksələcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, oktyabrın 2-də Bakıda və Abşeron yarımadasında havanın dəviskən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyinin sürəti 9-14 m/s olacaq, gündüz küləyin sürəti arabir 16-20 m/s, yarımadanın bəzi yerlərində 23 m/s-dək güclənəcək. Havanın temperaturunun gecə 16-18, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir.

Oktyabrn 3-də havanın dəyiskən buludlu, əsasən yağmursuz olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Axşam buludluluğun artacağı gözlənilir. Cənub-qərb küləyinin sürəti 9-14 m/s, arabir 16-18 m/s olacaq. Axşam şimal-qərb küləyinin sürəti 10-15 m/s, arabir 18 m/s olacaq. Havanın temperaturunun gecə 16-19, gündüz 24-29 dərəcə isti olacağı gözlənilir.

Yaxın iki gün ərzində Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin oktyabrın 3-də axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Mərkəzi-Aran rayonlarında havanın temperaturunun gecə 12-17, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.

AzNews.az