- Köhnə - Hadisə
- 1 Oktyabr 2013 11:02
- 5 835
Baş redaktorun məhkəməsi başlayır
Oktyabrın 2-də səhər saat 11.00-da "Nota Bene" qəzetinin və "Psnota.com" xəbər saytının baş redaktoru Sərdar Əlibəylinin məhkəmə prosesinə hazırlıq iclası keçiriləcək.
Bu barədə məlumatı AzNews.az-a S.Əlibəylinin vəkili Samir İsayev verib. Xətai rayon Məhkəməsində keçiriləcək məhkəmə prosesində işə hakim Habil Məmmədovun sədrliyi ilə baxılacaq.
Xatırladaq ki, baş redaktor Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə xuliqanlıqda ittiham olunur.
Elnarə
AzNews.az