- Köhnə - Hadisə
- 1 Oktyabr 2013 11:28
- 2 525
Nazirlikdən qəzaya düşən idarə rəisi ilə bağlı açıqlama
AzNews.az-ın nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, sentyabrın 30-da saat 11.00 radələrində Sabirabad rayonu Yastıqobu kəndinin ərazisində İmişli rayon sakini Qəzənfər Ağayev idarə etdiyi "Hyundai Sonata" markalı avtomaşını aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb. Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, avtomobil qəzasında ölən Q.Ağayev "İmişli elektrik quraşdırma" MMC-nin müdiri vəzifəsində çalışırmış.
AzNews.az