Gənc fəal saxlanıldı

AzNews.az xəbər verir ki, Mehman Hüseynovun səhər saatlarında polis tərəfindən saxlanılıb

Bu barədə facebook sosial şəbəkəsində məlumat yayılıb.

Son məlumatlara görə onun Bakı şəhər Baş Polis İdarəsinə aparıldığı söylənilir.

***

Bakı şəhər Baş Polis İdarəsinin növbətçi hissəsindən AzadlıqRadiosuna bildiriblər ki, onlar hər hansı məlumat verə bilməzlər: "DİN-in mətbuat xidmətinə zəng etmək lazımdır".

DİN-in mətbuat xidməti isə telefon zənglərinə cavab verməyib.

AzNews.az