Uşaqları ac olan ər-arvad eyni iplə özünü asdı


Rusiyanın Volqoqrad vilayətində 4 övladının ac qalmasına dözə bilməyən ata və ana intihar edib. 30 yaşlı ərin və 27 yaşlı qadının cəsədi eyni yerdə tapılıb. Ailənin böyüyü 9 yaş, kiçiyi is 4 aylıq olan 4 övladı var.
Ər-arvad yaşadıqları qəsəbədə işsizlikdən əziyyət çəkib və ailə təsadüfi gəlirlərlə dolanıb.

Oktyabrın 1-də evdən çıxan ər axşam saatlarında qayıdıb. Uşaqların evdə oynadığını, həyat yoldaşının isə evdə olmadığını görən ər onu axtarmağa başlayıb. O, qadının cəsədini asılmış vəziyyətdə anbarda tapıb. Anbarda yarım saat qalan ər intihar etmək qərarına gəlib və xanımının asdığı ipdən və eyni yerdə özünü asıb.

Elnur
AzNews.az