3000 manatlıq qızıl-zinət əşyaları oğurlandı

Azərbaycan paytaxtında mənzildən xeyli miqdarda qızıl-zinət əşyaları oğurlanıb.

Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, rayonun Dadaşov küçəsi ev-68 a, mənzil-22 ünvanında yaşayan Tərlan Muradxanov oktyabrın 2-də evdə olmadığı müddətdə naməlum şəxslər eyvanın qapısını açar seçmə yolu ilə onun evindən 3000 manat dəyərində qızıl-zinət əşyası oğurlayıblar.

Hazırda hadisəni törədən şəxslərin tutulması istiqamətində iş aparılır.

AzNews.az