Pərviz Həşimli vəziyyətinin yaxşı olduğunu dedi - Fotolar

Bu gün "Bizim Yol" qəzetinin əməkdaşı və "Moderator.az" saytının direktoru Pərviz Həşimlinin məhkəməsi olub.


Ötən məhkəmə prosesindən fərqli olaraq bu dəfə prosesə gətirilən jurnalistin başına torba keçirilməyib, amma onu məhkəməyə gətirən əməliyyatçıların özləri başlarına torba keçiriblər.

Pərviz Həşimli "Bizimyol.info" əməkdaşlarına bildirib ki, vəziyyəti yaxşıdır və narahatlıq üçün əsas yoxdur.

Məhkəmə həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi barədə vəsatəti təmin etməyib. Jurnalist MTN-in maskalı əməkdaşlarının müşayiəti ilə məhkəmədən çıxarılıb. Bizimyol.info-nun xəbərinə görə, o, maşına aparılana qədər jurnalistlərə açıqlama verərək, saxta ittihamlarla həbs edildiyini və indiyədək heç bir istintaq hərəkətlərinin aparılmadığını deyib.


AzNews.az
image description image description image description image description image description image description