Bina yandı: bir nəfər həlak oldu.Moskvada

Moskva ətrafında, Losino-Petrovsk rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, olay nəticəsində bir nəfər həlak olub, 6 sakin xəstəxanaya yerləşdirilib. Fövqəladə Hallar Nazirliyinin təmsilçisi İrina Rossius onlardan ikisinin səhhətinin ağır olduğunu bildirib.

"Bir nəfər həlak olub. 12 nəfər isə xəstəxanaya aparılıb. Həkimlər onlardan 6-nın xəstəxanada saxlayıb"-deyə, o, söyləyib.


Mənbə bildirib ki, Losino-Pertovskda 16 mərtəbəli binanın 3-cü mərtəbəsindən 12-ciyədək elektrik qutusu yanıb.

Sakinlər binada çıxarılıb.

AzNews.az