Qazax sakinləri minaya düşüb

Qazax rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, rayonun Quşçu Ayrım kənd sakini, 1978-ci il təvəllüdlü Vəzir Vəliyev Aşağı Əskipara kəndi istiqamətində minaya düşərək, bel nayihəsindən qəlpə yarası alıb.

Yaralı dərhal Qazax Mərkəzi rayon xəstəxanasına yerləşdirilib və ilk tibbi yardım göstərildikdən sonar evə buraxılıb.

Neytral ərazidə olan digər şəxs isə Qazaxın Alpoud kənd sakini, 1983-cü il təvəllüdül Xəqani Məmmədov isə xəsarət almayıb. O, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən dindirilir. Hadisə yerində olmuş Qazax rayon sakini, 1978-ci il təvəüllüdlü Əli Əliyevdən isə heç bir xəbər yoxdur. Məlumata görə o, minalanmış neytral ərazidə qalıb.

Hadisə bu gün saat 4.00 radələrində baş verib. Polis bu şəxslərin düşmənlə təmas xəttinə getmələrinin səbəbini araşdırır.

AzNews.az