- Köhnə - Hadisə
- 11 Oktyabr 2013 12:36
- 2 118
Nazirlik İmişlidəki yanğınla bağlı açıqlama yaydı
AzNews.az Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, oktyabrın 10-da saat 07.55 radələrində İmişli rayonu Qaralar kəndinin ərazisində kənd sakini Qızxanım Şəmmədovaya məxsus birmərtəbəli üçotaqlı evdə yanğın baş verib.
Nəticədə bütövlükdə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb. Yanğın söndürüldükdən sonra orada Qızxanım Şəmmədovanın qızı Aytacın və oğlu İsmayılın yanmış meyitləri tapılıb.
Hazırda yanğının baş verməsinin səbəbləri araşdırılır.
AzNews.az