Sərnişin avtobusunda bədbəxt hadisə

Oktyabrın 10-da Bakıda sərnişin avtobusunda ölüm hadisəsi olub.

AzNews.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, paytaxtın Nizami rayonu ərazisində 214 saylı xətt avtobusunda Bakı şəhər sakini Qabil Əzizov infarktdan ölüb.

Qeyd edək ki, oktyabrın 8-də Xətai rayonu ərazisində də sərnişin avtobusunda ölüm hadisəsi baş verib.

AzNews.az