Mer avtomobil qəzasında öldü

AzNews.az-ın RİA NOVOSTİ- yə istinadsən verdiyi xəbərə görə Jeleznavodsk şəhərinin meri Vladimir Silantyev Stavropolda avtomobil qəzasında həlak olub.
"Şənbə günü 12.00-da Stavropol-Sinqleevsk avtomagistralında Land Rover Defender avtomobilinin 1958-ci ildə anadan olmuş sürücüsü yolun əks istiqamətinə çıxaraq yoldan çıxmış və maşın çevrilərək yararsız hala düşmüş,nəticədə sürücü ölmüşdür. Alınan məlumata görə ölən Jeleznavodskinin meridir" - deyə mənbə məlumat verib. Mənbə onu da bildirib ki,yolun hadisə baş verən hissəsi çox rahat və hamar olub, əlavə kənar müdaxilə olmayıb.Ona görə güman edilir ki, merin urəyi tutub və o idarəetməni itirib.
Jeleznavodsk saytlarından alınan məlumata görə Vladimir Silantyev Stavropoldan Qafqaz Mineral Suları istiqamətində hərəkət edirmiş. O, mer vəzifəsinə bu ilin 19 martinda təyin edilibmiş.Buna qədər o, Stavropol vilayətinin Qafqaz Mineral Sularinin inkişafı naziri işləyib.

AzNews.az