Şəmkirdə “Hyundai“ yandı

Şəmkirdə "Hyunday" markalı minik avtomobili yanıb.


"Qafqazinfo" xəbər verir ki, Şəmkir rayonunda (rayon mərkəzindən 7 km aralı) vətəndaşa məxsus "Hyunday" markalı minik avtomobili idarəetməni itirərək yol kənarına aşması nəticəsində yanğın baş verib.

Yanğın nəticəsində minik avtomobilinin mühərrik hissəsi yanıb.

Hadisə zamanı avtomobin sürücüsü və avtomobildə olan 3 nəfər sərnişinlər müxtəlif bədən xəsarətləri ilə təcili yardım xidməti tərəfindən xəstəxanaya aparıblar.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.


AzNews.az