8 yaşlı uşaq faciəvi şəkildə öldü

Oktyabrın 13-də saat 17.00 radələrində Bakı şəhərinin Nizami rayonu ərazisində azyaşlının ölümü ilə nəticələnən yol qəzası baş verib. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Q.Qarayev prospektində Bakı şəhər sakini Yusif Qasımov idarə etdiyi "Mitsubishi" markalı avtomaşınla 8 yaşlı Murad Məmmədlini vurub. Nəticədə piyada aldığı xəsarətdən hadisə yerindəcə keçinib.

Verilən digər məlumata görə, hadisə Neftçilər metrostansiyası yaxınlığında baş verib. 2-ci sinifdə oxuduğu bildirilən Murad digər uşaqlarla gizlənqaç oynayırmış. Murad "Mitsubish Pajero" markalı maşının altında gizlənib. Sürücünün isə bundan xəbəri olmayıb. O, maşını işə salıb və hərəkətə gətirərkən uşaq maşının altında qalıb. Bir neçə dəqiqədən sonra azyaşlı keçinib.

AzNews.az