Hərbi sursat satan şəxs saxlanıldı

Bakıda odlu silah satan şəxs saxlanılıb.

AzNews.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Malik Sergey Viktoroviç 3 ədəd qumbara və 2 ədəd alışdırıcını satarkən tututlub.

Onun evinə baxış zamanı 2 ədəd qumbara və 2 ədəd alışdırıcı da aşkar edilərək götürülüb.

AzNews.az