Sürücülərin nəzərinə: Alternativ yollardan istifadə edin

AzNews.az xəbər verir ki, bu axşam saat 22:00-dan etibarən Qələbə meydanında (Gənclik dairəsi) yeni istifadəyə verilmiş tunel tipli yol qovşağında elektron tabloların quraşdırılması ilə əlaqədar olaraq nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq. Bu barədə Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.

AzNews.az