Qızılağac qoruğunda yanğın - Yenilənib

"Qızılağac" Dövlət Təbiət Qoruğunun ərazisində baş vermiş yanğın tam söndürülüb.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib. Onun sözlərinə görə, ilkin hesablamalara görə, yanğın 150 hektara yaxın ərazini əhatə edib.
***
17.40
Bu gün saat 16:10 radələrində Neftçala rayonunun pay torpaqlarında biçilmiş taxıl sahələrinə od vurulması səbəbindən yanğın hadisəsi baş verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, güclü külək nəticəsində yanğın sürətlə genişlənərək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisinə keçib və 100 hektara yaxın ərazini əhatə edib.

Yanğın nəticəsində qoruğun qamış və quru ot örtüyü yanıb.
Nazirliyin yerli qurumlarının, Fövqəladə Hallar Nazirliyinin regional Yanğından Mühafizə əməkdaşlarının və ictimaiyyət nümayəndələrinin səyləri nəticəsində yanğın lokallaşdırılıb və hazırda tam söndürülməsi istiqamətində işlər aparılır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi bir daha əhalini, əsasən də torpaq mülkiyyətçilərini odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır.

AzNews.az