“Sədərək Ticarət Mərkəzi”ndə bədbəxt hadisə

Bu gün səhər saat 05:40 radələrində Bakının Qaradağ rayonundə piyada ölümü ilə nəticələnən yol qəzası baş verib.

Qaradağ rayon Polis İdarəsindən anspress-ə verilən məlumata görə, hadisə "Sədərək Ticarət Mərkəzi"ndə baş verib.

Belə ki, 60 yaşlı Sabir Əliyev yolu keçərkən "VAZ" markalı avtomobil tərəfindən vurulub. Qəza nəticəsində piyada hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.(anspress)

AzNews.az