At arabası piyadanı vuraraq öldürdü

Azərbaycanda at arabası yolu keçən piyadanı vuraraq öldürüb.

AzNews.az-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, oktyabrın 20-də Saatlı rayonu Qara Nuru kəndinin ərazisində, kənd sakini Amil Səmədov at arabası ilə həmkəndlisi Kərimov Ələsgər Qənbər oğlunu vurub.

Nəticədə xəsarət almış Ə. Kərimov xəstəxanaya aparılarkən yolda ölüb.

AzNews.az