Aydın Bəşirovun işçiləri həbs olundu

Dövlət Xəzər Dəniz Gəmiçiliyinə məxsus yük gəmisində yol verilmiş qanun pozuntuları ilə bağlı cinayət işi başlanıb.


Bu barədə AzNews.az-a Respublika Baş Prokurorluğundan məlumat verilib.

Məlumata görə, Dövlət Xəzər Dəniz Gəmiçiliyinə məxsus "İslam Səfərli" yük gəmisində yol verilmiş qanun pozuntuları ilə bağlı Baş Prokurorluğa material daxil olub. Materialın Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılması nəticəsində şübhələr üçün əsaslar tapılıb. Həmin faktda "İslam Səfərli" yük gəmisinin kapitanı Həşim Həsənovun, gəmi kapitanının köməkçisi Səyyad İbadullayevin və gəmi heyətinin digər üzvlərinin neft və mazut satmaqda ittiham olunublar.

Fakt isə bu ilin aprelində baş verib. Azərbaycan gəmisinin kapitanı Rusiya Federasiyasının bayrağı altında üzən "Kuban" gəmisinin kapitanı ilə razılaşaraq 3.800 ABŞ dolları müqabilində "Kuban" gəmisinə 40 ton xam neft və 18 ton mazut yüklədib. Həmçinin gəminin saxlanc yerindəki 6 ton dizel yanacağını da 1.800 ABŞ dollarına qeyd olunan gəmi heyətinə satıblar.

H.Həsənov, S.İbadullayev və A.Əmiraslanov Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə), 206.3.2 (qaçaqmalçılıq) və 206.3.3-cü maddələri ilə ittiham irəli sürülüb. Onlar təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda iş üzrə istintaq davam etdirilir.

AzNews.az