Qafqaz Müsəlmanları İdarəsinin saytı dağıdıldı

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəsmi internet səhifəsi hücuma məruz qalıb.


Bu gün günorta saatlarından etibarən səhifədə saytın bütün fəaliyyətləri yoxa çıxıb.

QMİ- nin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildiriblər ki, idarənin internet səhifəsinin fəaliyyət tarixində ilk dəfə olaraq ciddi haker hücumuna məruz qalıb: "Ehtimal ki, bu, QMİ-nin fəaliyyətini gözü götürməyənlərin işidir. Hazırda müvafiq yerlərlə əlaqə saxlanılır və məsələ araşdırılır. Qısa müddət ərzində saytın fəaliyyətinin bərpasına çalışılır. Çünki son günlər Həcc ziyarəti ilə bağlı ayrıca bölüm saytda fəaliyyət göstərirdi və Həcc ilə bağlı proseslər gündəlik orada işıqlandırılırdı".

AzNews.az