- Köhnə - Hadisə
- 25 Oktyabr 2013 11:39
- 1 823
Türkiyə vətəndaşı iki azyaşlının ölümünə səbəb oldu
AzNews.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə oktyabrın 23-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda qeydə alınıb.
Rayonun Mahmudkənd kəndi ərazisində Türkiyə vətəndaşı Bayhan Akçay idarə etdiyi "Mercedes" markalı avtomaşınla yolu keçən Düdəngə kənd sakinləri, azyaşlılar - Gülay Rzayeva və onun bacısı Tülayı vurub.
Xəsarətlə xəstəxanaya yerləşdirilən uşaqlar orada ölüb.
AzNews.az