Yük maşını minik maşınının üstünə aşdı

Bu gün Gəndob-Yalama yolunun 6-cı kilometrliyində, Şabran rayonun Şahnəzərli kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Rusiya Federasiyasının Dağıstan Respublikasının vətəndaşı, 1969-cu il təvəllüdlü Çopanov Quseyin idarə etdiyi "Volvo" markalı yük maşını Xaçmaz rayon, Qaraqutdu kənd sakini, 1983-cü il təvəllüdlü Zöhram Qsımovun idarə etdiyi 27 BC 983 dövlət nömrə nişanlı "VAZ 2109" markalı avtomaşının üzərinə aşıb.

Qəza nəticəsində minik maşınının sürücüsü və onun həyat yoldaşı, 1984-cü il təvəllüdlü Naidə Qasımova xəsarət alıb. Xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağırdır.

Qəzadan sonra yolda tıxac yaranıb. Qazaxıstana gedən yük maşınındakı balıq məhsulları yola dağılıb.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az