2 maşın toqquşdu: 2 nəfər xəsarət aldı


Bərdənin Qaradəmirli kəndində yol qəzası baş verib.

AzNews.az-a rayondan verilən xəbərə görə, "Mercedes" markalı avtomobillə "Vaz 2106" markalı maşın toqquşub. Hadisə şahidlərinin sözlərinə görə, qəza "Mercedes"in "Vaz 2106"-nın yoluna çıxması nəticəsində baş verib. Qəzada 2 nəfər xəsarət alıb. Yaralılardan birinin vəziyyəti ağır olub. Yaralı Bərdə rayon mərkəzi xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

Ruhiyyə
AzNews.az