Permdə irimiqyaslı yanğın

Bu gün yerli vaxtla 23:00 - da Permin Dzerjinski rayonunda, Zaostrovka mikrorayonundakı Yesenin 45 ünvanında yerləşən avtomobil qarajında yanğın baş verib. AzNews.az xəbər verir ki, qarajın içərisində avtomaşınlar olması ehtimal edilir. Yanğın mürəkkəbliyinə görə 3-cü dərəcəyə aid edilib. Yanğının yayılma ehtimalı var. Amma vəziyyət nəzarət altında saxlanılıb. Ölən olmayıb. Hadisə yerinə 8 yanğınsöndürən, 30 nəfər şəxsi heyət cəlb olunub.

Əli
AzNews.az