Yevlax yolunda dəhşətli qəza


Ağdaş rayonunda ölümlə nəticələnən nəqliyyat hadisəsi baş verib.

AzNews.az xəbər verir ki, hadisə axşam saatlarında Bakı-Şamaxı-Yevlax magistral yolun 252 km-də olub. Sumqayıt şəhər sakini 40 yaşlı Əhliman Mustafayevin idarə etdiyi "Hundai" markalı minik avtomobili yoldan çıxaraq aşıb. Hadisənin yüksək sürətin səbəb olduğu bildirilir.

Ehtimala görə, Yevlax istiqamətində hərəkət edən sürücü idarəetməni itirib və maşın yoldan çıxıb. Qəza zamanı magistral yoldan 10-15 metr kənara düşən maşının sürücüsü Əhliman Mustafayev hadisə yerindəcə keçinib. Avtomobil isə yararsız hala düşüb. Faktla bağlı BDYP istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.

Ruhiyyə
AzNews.az