Vergilərr Nazirliyi “Qanun”u "vurdu"- Yenilənib

Vergilər Nazirliyinin Analitik informasiya şöbəsi "Qanun" nəşriyyatında aparılan yoxlamalarla bağlı məlumat verib.

Analitik informasiya şöbəsinin "Axar.az"a danışan əməkdaşı Ceyhun Məmmədov nəşriyyatda aparılan yoxlamaları təsdiqləyib:

"Noyabr ayının 1-də Vergilər Naziriliyinin göstərişi ilə bakı şəhər Vergilər Departamenti tərəfindən "Qanun" Nəşriyyatında yoxlamalar başlayıb. Aparılan yoxlamalar vergi qanunvericiliyinə və onun tələbinə əməl olunması vəziyətinin araşdırılması ilə bağlıdır. Yoxlama başa çatdıqdan sonra bu barədə ətraflı və izahlı məlumat yayacağıq".

Analitik informasiya şöbəsinin əməkdaşı nəşriyyatın fəaliyyətinin dayandırılması xəbərinə də aydınlıq gətirib:

"Bizdə belə bir məlumat yoxdur. Əgər fəaliyyəti dayandırılsaydı, məlumatımız olardı".

***
12:03

"Qanun" Nəşriyyatının fəaliyyətini əngəlləyən vergi təftişi aparılıb. Belə ki, noyabrın 1-də Vergilər Nazirliyinin əməkdaşları heç bir xəbərdarlıq etmədən "Qanun" nəşriyyatına gedərək, yoxlama aparacaqlarının bildiriblər. AzNews.az xəbər verir ki, nazirliyin nümayəndələri nəşriyyatda olduğu müddətdə "Qanun"un əməkdaşlarının binaya daxil olmasına icazə verilməyib. VN-nin əməkdaşları "Qanun"a məxsus bütün maliyyə sənədlərini özləri ilə aparıblar. Bu isə o deməkdir ki, nəşrlər evi bir müddət fəaliyyət göstərə bilməyəcək.

Elnur
AzNews.az