- Köhnə - Hadisə
- 4 Noyabr 2013 12:11
- 1 812
Sürücülərin nəzərinə: sabahdan daha bir yol bağlanır
![](https://www.aznews.az/storage/photos/yol baglandisdfg.jpg)
Təmir işləri ilə əlaqədar olaraq Səbayel rayonu, İzzət Nəbiyev küçəsi nəqliyyatın hərəkəti üçün bağlanacaq. Bu barədə "APA-Economics"ə "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.
Onun sözlərinə görə, yolun bağlanmasının səbəbi həmin küçədə təmir işlərinin aparılması ilə əlaqədardır: "Təmir işlərinin 5-6 gün müddətində yekunlaşdırılması nəzərdə tutulub".
Qeyd edək ki, hazırda İ.Nəbiyev küçəsində təmirə başlanılması üçün hazırlıq işləri gedir.
AzNews.az