- Köhnə - Hadisə
- 4 Noyabr 2013 14:25
- 4 606
Toy karvanında bədbəxt hadisə; ölən və yaralananlar var

Trend-in verdiyi məlumata görə, qəza "toy karvanı" hərəkətdə olan zaman qeydə alınıb. Vaqif Fətullayevin yüksək sürətlə idarə etdiyi BMW markalı avtomobil yoldan çıxaraq aşıb.
Hadisə şahidlərinin sözlərinə görə, avtomobildə 2-si uşaq olmaqla 5 nəfər xəsarət alıb. Vaqif Fətullayevlə yanaşı, onun həyat yoldaşı Gülşən Fətullayeva, övladları 10 yaşlı Aysel, 7 yaşlı Yusif və qohumu Aysel Ağayeva Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Xəstəxanadan verilən məlumata görə, xəstələrdən 2-sinin vəziyyəti ağırdır.
Hadisə ilə bağlı BDYPİ-də araşdırma aparılır.
AzNews.az