Reys sabah saat 8:00-da həyata keçiriləcək Reys sabah saat 8:00-da həyata keçiriləcək

Bakı-Təbriz aviareysi təxirə salındı

Reys sabah saat 8:00-da həyata keçiriləcək


"Azərbaycan Hava Yolları"nın bu günə yerinə yetirməli olduğu Bakı-Təbriz aviareysi təxirə salınıb. Gün.Az-a bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportundan məlumat verilib. Məlumata əsasən, reys sabah saat 8:00-da həyata keçiriləcək.

Aeroportdan gecikmənin səbəbinin Təbriz aeroportu ilə əlaqədar olduğunu bildiriblər. Qeyd edək ki, Bakı-Təbriz aviareysi bu gün saat 22:00-da yerinə yetirilməli idi.


AzNews.az