Tatarıstandakı diasporumuz məşhur şirkəti məhkəməyə verir Tatarıstandakı diasporumuz məşhur şirkəti məhkəməyə verir

Azərbaycanlıları təhqir edən reklam çarxı - Video

Tatarıstandakı diasporumuz məşhur şirkəti məhkəməyə verir


Tatarıstanda yaşayan azərbaycanlılar "Prokter en Gembl" şirkətini məhkəməyə verməyə hazırlaşır. Buna şirkətin azərbaycanlı güləşçilər - Şərif Şərifov və Cəmaləddin Maqomedovun iştirakı ilə çəkilən "Ambi pur" üfunətli qoxuya qarşı havatəmizləyici reklam filmidi. Bu barədə "Veçernyaya Kazan" qəzeti məlumat yayıb. AzNews.az-ın xezerxeber.com-a istinadən verdiyi məlumata görə, reklam çarxında yerli idmançılarımızın məşq etdiyi zal göstərilir. Əvvəlcə "Ambi pur" spreyi ilə içərinin havası dəyişdirilir.

Daha sonra iki gözübağlı qadın həmin zala daxil olur və onlara harada olmaları barədə sual verilir. Qadınlar əvvəlcə hesab edirlər ki, hansısa ətirli şeylərin arasındadılar. Ancaq onların gözləri açılandan sonra hər şeyi başa düşürlər və gülməyə başlayırlar. Məlumatda qeyd olunur ki, reklam çarxı Azərbaycanın yerli telekanallarında nümayiş olunsa da, narahatçılıq yaratmayıb.

Ancaq reklamın Rusiyada göstərilməsi birmənalı qarşılanmayıb. Məsələyə münasibət bildirən Tatarısatan xalqları Assambleyasının sədr müavini Sagit Dzaksibayev bunu pisləyib: "Reklamdan belə çıxır ki, azərbaycanlılar iyləniblər. Reklam istehsalçıları milli münaqişə yaratdıqları üçün məhkəməyə verilməlidi. Əgər qazaxlarla bağlı belə bir reklam çarxı çəkilsəydi, mən dərhal iddia qaldırardım".

Xalqların Dostluq Evi ictimai birliyinin yeni sədri İrek Şaripov da Dzaksibayevlə həmfikir olduğunu bildirib: "Mənim dostlarım arasında çoxlu azərbaycanlılar var və onlar ağ köynəkli təmiz insanlardı. Başa düşə bilmirəm, niyə onları pis qoxulu kimi təqdim ediblər. Məncə, reklam çarxında idmançıların milliyəti bilinməməli idi.

Onlar sadəcə idmançı kimi təqdim olunmalıydı. Ümumiyyətlə, pis qoxunu özündə təcəssüm etdirən başqa obrazlar da tapmaq olardı".Tatarsıtandakı Azərbaycan disporu azərbaycanlıların Ümumrusiya Konqressinə yazılı müraciət etmək niyyətindədi. Onlar azərbaycanlı güləşçilərin reklam çarxında çəkilməyə razılıq verməsindən asılı olmayaraq, "Prokter en Gembl" şirkətinin məhkəməyə verilməsini tələb edirlər.




AzNews.az