Bakının bir hissəsi susuz qalacaq

Bakının bir hissəsinə içməli suyun verilməsində fasilələr olacaq.

"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən verilən məlumata görə, paytaxtın Məmməd Araz küçəsindən keçən magistral su xəttində yenidənqurma işlərinin aparılması ilə əlaqədar çərşənbə axşamı gün ərzində N ərimanov rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır.

Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abunəçilərdən üzr istəyir.

AzNews.az