Məşhur müğənninin küçələrdə qalan bacısı ölüm ayağında – Özəl

Mərhum müğənni Nəzakət Məmmədovanın bacısı Mükafat Məmmədova ölüm ayağındadır.


AzNews.az-ın məlumatına görə, bu gün səhər saatlarında halı qəfil pisləşən M. Məmmədova təcili yardımla xəstəxanaya aparılıb.

İlkin rəyə görə, 75 yaşlı qadını ciyərlərində şiş əmələ gəlib ki, bu da soyuq havalarda küçələrdə gecələmək nəticəsində yaranıb.

Qeyd edək ki, o, evi bacısı oğlu tərəfindən əlindən alındıqdan sonra bir müddət küçələrdə qalıb, sonra isə "Təmiz dünya" İctimai Birliyinin sığınacağında yerləşdirilib.

Mükafat Məmmədovanın vəziyyətinin ağır olmasını "Təmiz dünya" da təsdiqləyib. İctimai Birlikdən AzNews.az-a verilən məlumata görə, o hazırda reanimasiyadadır.

Xatırladaq ki, M.Məmmədova artıq 2 aya yaxındır ki, sığınacaqda qalır və bacısı oğlunu ona məxsus olan evi aldadaraq mənimsəməkdə ittiham edir.

Elnarə
AzNews.az