- Köhnə - Hadisə
- 12 Noyabr 2013 12:52
- 3 794
Lənkəran- Lerik yolunda uçqun
Anspress-in məlumatına görə, 2 gün intensiv yağan güclü yağış nəticəsində ərazidə torpaq sürüşməsi daha da aktivləşib. Səhər saatlarında isə yolda uçqun baş verib.
Uçqun nəticəsində yol tamam bağlanıb. Əraziyə mütəxəssislər cəlb olunub. Hazırda yolda 43 saylı Lerik Yol İstismar İdarəsinin əməkdaşları və ağır texnika işləyir.
Qeyd edək ki, bu hadisə birinci dəfə deyil. Bir neçə ildir ki, yolda uçqun davam edir.
AzNews.az