Mülayim hava şəraiti davam edəcək

Sabah Azərbaycan ərazisində mülayim hava şəraiti davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinidən bildiriblər ki, noyabrın 14-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, gecə və səhər bəzi yerlərdə zəif duman, gün ərzində əsasən yağmursuz keçəcəyi, axşam isə buludluğunun artacağı gözlənilir. Mülayim cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Bakı və Abşeron yarımadasında havanın temperaturunun gecə 9-12, gündüz 17-22 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında noyabrın 14-də hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman və çiskin olacaq. Bəzi cənub və şərq rayonlarında, əsasən Lənkəran-Astara bölgəsində yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 6-11, gündüz 16-21, dağlarda gecə 1-6, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.

AzNews.az