- Köhnə - Hadisə
- 22 Noyabr 2013 13:58
- 4 464
Azərbaycana partlayıcı maddə keçirilməsinin qarşısı alındı

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, respublikamızın şimal sərhəddindən-Rusiya Federasiyası istiqamətindən Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunun gömrük nəzarəti zonasına daxil olan, Eyvazov Qəşəm Durbala oğlu tərəfindən idarə olunan "İkarus-256" markalı, 50 BN 073 nömrə nişanlı sərnişin avtobusuna keçirilmiş gömrük baxışı zamanı iki ədəd arxa sağ və bir ədəd arxa sol işlək təkərlərin içərisindən gömrük nəzarətindən gizlədilmiş 140 kiloqram partlayıcı maddə-barıt aşkar olunaraq götürülüb.
Faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində təhqiqat aparılır.
AzNews.az