- Köhnə - Hadisə
- 26 Noyabr 2013 08:24
- 3 679
İtkin düşən tələbənin meyidi tapıldı
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı Milli Parkda dənizdə naməlum kişi meyitinin olması barədə məlumat daxil olub.
Nazirliyin məlumatına görə, dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri axtarış-xilasetmə işlərinin aparılması üçün hadisə yerinə cəlb edilib.
Görülən tədbirlər nəticəsində təxminən 30-35 yaşlarında naməlum kişi meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Daha sonra məlum olub ki, bu cəsəd noyabrın 16-da evdən çıxıb geri qayıtmayan, Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin 2-ci kurs tələbəsi Asim Məmmədova aiddir. Gəncin dostları da sosial şəbəkələrdə onun cəsədinin tapıldığını bildiriblər. Ölümün səbəbi hələlik məlum deyil.
Elnur
AzNews.az