"ANS səviyyəsiz kanaldı" "ANS səviyyəsiz kanaldı"

Bakı Metropolitenindən ANS-ə cavab

"ANS səviyyəsiz kanaldı"




ANS telekanalının Metropoliten rəhbəri Taği Əhmədov barəsində yayımladığı sujetlərə qarşı Bakı Metropolitenindən kəskin cavab gəldi.


Son günlər ANS telekanalı ilə Bakı Metropolitenin rəisi Tağı Əhmədov arasında gərginlik yaşanır. Buna səbəb Metropoliten rəisinin mətbuat nümayəndələri ilə keçirdiyi brifinqlərdə ANS-in əməkdaşlarına qarşı kobud hərəkətləridir.

Xatırladaq ki, telekanalda Tağı Əhmədov haqda sonuncu kəskin süjet 26 noyabr tarixində "Xəbərçi"nin axşam buraxılışında efirə gedib.

ANS səviyyəsiz kanaldı

Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəzakət Tarverdiyeva ANS-in Tağı Əhmədov haqda səsləndirdiyi ittihamlara cavab verdi:

"Çox təəssüflər olsun ki, ANS telekanalında Tağı müəllim haqda həqiqəti əks etdirməyən fikirlər səsləndirilir. Müəllifin efir əxlaqına sığmayan fikirləri telekanalın necə səviyyəsiz olduğunu göstərir. Şəxsən mən Tağı müəllimin yerində olsaydım, düşünmədən onları məhkəməyə verərdim. ANS telekanalı Tağı müəllimi ittiham edir, amma özləri primitiv və əxlaqi dəyərlərə zidd olan şou proqramları ilə tamaşaçıların zövqünü korlayırlar".

Mətbuat xidmətinin rəhbəri ANS-in efirində gedən süjetdə Metropoliten rəhbərliyinin kart sisteminə keçiddən sonra gəlir depozitlərini qeyri-qanuni yolla mənimsəməsi ittihamına da aydınlıq gətirdi:

"Onların ittihamı haqsız və məntiqsizdir. Yığılan vəsaitin istifadəsi qanuni yolla həyata keçirilir, amma onlar bizi sanki hüquq-mühafizə orqanının əməkdaşları kimi ittiham edirlər. Metropolitendə heç bir mənimsəmə halları baş verə bilməz. Buna tam əmin ola bilərsiz".

Rəsulzadəyə möhtəşəm bir abidə ucaldılacaq


Nəzakət Tarverdiyeva həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məmməd Əmin Rəsulzadənin "28 may" metrostansiyasından mozaik pannosunun silinməsi və metro keçidlərində qəzet satışının qadağası məsələsinə də aydınlıq gətirdi:

"Tağı müəllimi "28 may" metrostansiyasından Rəsulzadənin mozaik pannosunun silinməsi məsələsində ittiham edirlər. Onlar başa düşməlidir ki, metrostansiya təmirdədir və təmir yekunlaşdıqdan sonra Rəsulzadənin adına yaraşan şəkildə bir abidə ucaldılacaq. Buna tam əmin ola bilərsiz.(axar.az)