Yük maşını 10-dan çox avtomobili əzib, yaralılar var -YENİLƏNİB - FOTO

Yük maşınının sürücüsü saxlanılıb.

APA-nın müxbirinin məlumatına görə, qəza törədən sürücü sərxoş olub.
Əzilmiş avtomobillərin sahibləri ona hücum ediblər. Polis əməkdaşları sürücünün təhlükəsizliyini təmin ediblər. Sürücü hazırda Post-Patrul Xidmətinin əməkdaşları tərəfindən Nərimanov Rayon Polis İdarəsinə aparılır.

**** 23.18

Ziya Bünyadov prospektində "Mersedes" markalı iritonnajlı yük maşını 10-a yaxın minik avtomobilini əzərək, bir neçəsini yol kənarında qazılmış xəndəyə salıb.

Hadisə yerində olan APA-nın müxbirinin verdiyi xəbərə görə, yük maşını daha sonra özü də aşıb.

Hadisə şahidləri qəza nəticəsində çoxlu sayda yaralıların olduğunu bildiriblər.

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları hadisə yerində xilasetmə və təhlükəsizlik işləri görürlər.

Yaralılar xəstəxanaya aparılıb.

Hazırda Ziya Bünyadov prospektində qəza ilə bağlı nəqliyyatın hərəkəti dayanıb.


AzNews.az