Serialda baş verəcək hadisələrin ən maraqlı məqamları AzNews.az-da Serialda baş verəcək hadisələrin ən maraqlı məqamları AzNews.az-da

“Möhtəşəm Yüzyıl”da azərbaycanlı şair rol alacaq - Eksklüziv

Serialda baş verəcək hadisələrin ən maraqlı məqamları AzNews.az-da

Türkiyənin "Möhtəşəm yüzyıl" filminin ssenarisinə yeni obraz əlavə olunacaq. AzNews.az-a daxil olan məlumata görə, bu, vaxtilə Sultan Süleymanın və İbrahim Paşanın dostu olmuş dahi azərbaycanlı şair Şeyx İbrahim Gülşəni (Bərdəyi) obrazıdır. Xəbərə görə, serialda Validə Sultan rəhmətə gedərkən oğlu Sultan Süleymanın ağı kimi söylədiyi qəzəl də bizim şairimizə məxsusdur. Məlumatda serialda Gülşəni ilə bağlı qəribə hadisələr baş verəcək. Belə ki, ssenaridə Gülşəni Xürrəm Sultanın məsləhəti ilə sarayın baş şairi elan ediləcək. Ancaq bir müddətdən sonra o, hərəmlərin intriqasının qurbanı olacaq. Bütün bu çəkişmələrdən bezən və saraydan iniciyərək gedən şair Misirin paytaxtı Qahirəyə üz tutacaq.

Qeyd edək ki, əslən azərbaycanlı olan İbrahim Gülşəni sufizmin xəlvətilik təriqətində "Gülşəniyyə" qolunun yaradıcısı kimi tarixə düşüb.


Elza

AzNews.az