“Fənərbaxça“nın futbolçusu Caner Erkin qəzaya düşüb
A |
A |
A
Türkiyənin "Fənərbaxça" klubunun futbolçusu Caner Erkin qəzaya uğrayıb. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Caner yağışlı hava üzündən yolda idarəetməni itirib. Nəticədə maşın yol kənarındakı maneələrə çırpılıb.
Futbolçu xəsarət almasa da, bahalı idman maşını yararsız hala düşüb.