45 mağaza yanıb 45 mağaza yanıb

“Binə“dəki yanğınla bağlı Rəsmi məlumat

45 mağaza yanıb


Fövqəladə Hallar Nazirliyi "Binə" Ticarət Mərkəzində baş verən yanğınla bağlı rəsmi məlumat yayıb.

AzNews.az nazirliyin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Qaradağ rayonu "Binə" Ticarət Mərkəzində yanğın hadisəsi baş verib.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən və xilasediciləri cəlb olunub. Ticarət Mərkəzinin 4-cü və 5-ci sıralarında hər birinin sahəsi 40 kv. m olan 45 ədəd müxtəlif geyim və paltar satışı mağazalarının plastik materiallardan ibarət arakəsmələri, dam örtükləri və içərisindəki mallar 1800 kv. m sahədə yanıb.

Yanğından ticarət mərkəzinin qalan hissəsi mühafizə olunub. Nazirliyin xilasetmə qüvvələri tərəfindən müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib. Yanğın saat 02:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzNews.az