Bakıda soyğunçu dəstə saxlanıldı


Nəsimi rayon ərazisində soyğunçuluq faktı qeydə alınıb.

AzNews.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, iki şəxs Bakı sakinləri Əli Mahmudov və Aydın Əsgərovu hədələyərəq pul kisəsini götürüblər.

Keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində hadisəni törədən Bakı sakini Qurban Hüseynov və Beləsuvar sakini Məftun Qasımov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır. Saxlanılanların digər soyğunçuluq əməllərində iştirak edib-etməməsi araşdırılır.

Tural
AzNews.az