- Köhnə - Hadisə
- 28 Dekabr 2013 09:25
- 1 894
Bakının mərkəzində daha bir yerüstü keçid tikilir
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, keçidin dayaqları, qapalı hissəsi tikilib, eskalatorlar quraşdırılıb.
3 giriş-çıxışdan ibarət olacaq keçiddə hazırda şüşə hissəsinin montajı, döşəmə və divarların üzlənməsi işləri gedir.
2014-cü ildə yekunlaşması gözlənilən keçiddə izləyici kameralar, muasir işıqlandırma sistemi və müşahidə otağı nəzərdə tutulub.
AzNews.az