Bakı-Şamaxı yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şahidi, Müsavat Partiyasının Divan üzvü İkram İsrafilin Musavat.com-a verdiyi məlumata görə, "VAZ-2107" markalı iki avtomobil toqquşub. Dəşhətli qəza nəticəsində 5 nəfər ölüb, 3 adam ağır yaralanıb. Yaralılardan biri əsgərdir.
