- Köhnə - Hadisə
- 28 Dekabr 2013 17:20
- 1 809
Dəm qazı daha bir nəfərin həyatına son qoydu

Nəsimi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün rayonun Qulu Quliyev küçəsi-8 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 1974-cü il təvəllüdlü Qritsin Qriqori Anatoliyoviç yaşadığı evin hamamında çimərkən dəm qazından boğularaq dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, dünən Bakıda 3 nəfər dəm qazından boğularaq ölüb.
AzNews.az