- Köhnə - Hadisə
- 1 Fevral 2014 11:39
- 4 489
Hərbçilərimiz NATO-nun təlimlərinə qatılacaq

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq fevralın 3-dən 6-dək Polşanın paytaxtı Varşavada NATO "Təlimlərinin sinxronlaşdırılması" konfransı, fevralın 3-dən 7-dək Almaniyanın Oberammerqau şəhərində "Quru Qoşunlarının döyüş hazırlığının qiymətləndirilməsi" kursu və Azərbaycan-ABŞ iş planına əsasən Bolqarıstanın paytaxtı Sofiyada "Saber Guardian-2014" təliminin yekun planlaşdırma konfransı keçiriləcək.
AzNews.az