Kommunal borclarına görə intihara cəhd etdi- Yenilənib

AzNews.az xəbər verir ki, Bakıda kommunal borclarına görə yaşlı qadın intihara cəhd edir.

Facebook-da yayılan məlumata görə, paytaxtın Nizami rayonunda yaşayan qadın borclarını ödəyə bilmədiyi üçün çıxış yolunu intihar etməkdə görüb. O, yaşadığı binanın çardağına çıxaraq özünü atacağını bilidirib.

Hazırda polis və Fövqəladə Hallar Nazirliyi əməkdaşları hadisə yerindədir.(12.55)

***
"Yeni Müsavat"ın məlumatına görə, xilasedicilər xüsusi alət və avadanlıqların köməyi ilə mənzilə giriş qapısından daxil olaraq yaşlı qadını xilas ediblər.

Təcili Tibbi Yardım Stansiyasının hadisə yerinə gələn əməkdaşlarının verdiyi məlumata görə, yaşlı qadın ruhi xəstədir və sözügedən ünvanda oğlu ilə yaşayır.

AzNews.az